Rusiya Zaporojyeni vurdu: Ölən və yaralananlar var

Rusiya Zaporojyeni vurdu: Ölən və yaralananlar var backend

Rusiyanın Ukraynanın  Zaporojye vilayətinə hücumları nəticəsində 1 nəfər ölüb, 13 yaşlı qız və 15 yaşlı oğlan olmaqla daha 6 nəfər yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Fedorov və fövqəladə hallar üzrə dövlət xidməti məlumat yayıb.

Fövqəladə Hallar Dövlət Xidmətindən verilən məlumata görə, 2-si uşaq olmaqla 4 nəfər xəsarət alıb.

Onlar bildiriblər ki, sentyabrın 23-də saat 21:00-dan sonra iki saat ərzində Rusiya Federasiyası vilayət mərkəzinə silsilə hava zərbələri endirib.

Düşmən özəl sektoru vurub. Bir yaşayış binası qismən, digəri isə tamamilə dağılıb.

Xilasedicilər yardımçı tikilidə, qarajda və açıq sahədə yanğını söndürüblər. 

Ümumilikdə axtarış-xilasetmə işlərinə 67 xilasedici və 13 texnika cəlb olunub.

Fedorovun sözlərinə görə, gün ərzində işğalçılar Zaporojye vilayətinin 10 yaşayış məntəqəsinə 321 hücum həyata keçiriblər. Yaşayış binalarının və infrastrukturun dağılması ilə bağlı 314 məlumat daxil olub.

Xatırladaq ki, sentyabrın 23-də axşam saatlarında Rusiya Zaporojyeyə havadan zərbə endirib. Polis 5 nəfərin yaralandığını bildirib.

QAZİLER.AZ

 

 

Diaspora