Türkiyənin paytaxtı Ankaranın Altındağ rayonunda silahlı hücumda ağır yaralanan Serdar K. aparıldığı xəstəxanada dünyasını dəyişib.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.
Rayonun Ece küçəsində naməlum şəxsin hücumuna məruz qalan Serdar K. belindən yaralanıb.
Yaxınları tərəfindən Ankara Xəstəxanasına çatdırılan yaralı həkimlərin bütün müdaxilələrinə baxmayaraq həyatını itirib.
Ankara Təhlükəsizlik Müdirliyi Asayiş Şöbəsi Cinayət Büro Komandirliyi hadisəni törədənin tutulması yönündə iş aparır.
QAZİLER.AZ