Zelenski Nyu-Yorkda Şolts ilə görüşüb

Zelenski Nyu-Yorkda Şolts ilə görüşüb backend

Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şoltsla görüşüb. Görüş sentyabrın 23-də Nyu-Yorkda baş tutub.

Qaziler.az bildirir ki, bu barədə  “Ukrinform” xəbər verir.

KİV-in məlumatına görə, onların görüşü Ukraynanın BMT-dəki daimi nümayəndəliyində baş tutub. Görüş zamanı onların konkret nəyi müzakirə etdikləri məlum deyil.

Xatırladaq ki, Zelenski ilə Şoltsun bu gün görüşəcəyi ötən həftədən məlum idi.

Zelenski Amerika Birləşmiş Ştatlarındadır və orada qalib gəlmə planını ABŞ prezidenti Co Baydenə, həmçinin Kamali Harrisə və Donald Trampa təqdim etməlidir.

QAZİLER.AZ

Diaspora