İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ olub.
QAZÌLER.AZ APA-ya istinaden verdiyi xəbərə görə, yerli vaxtla saat 16.13 radələrində Bocnurd şəhərində qeydə alınan zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, bu gün səhər İranın Şimali Xorosan ostanında 4,7 və 4,1 maqnitudalı zəlzələ olub. Zəlzələ kiçik dağıntılara yol açıb, 7 nəfər yüngül xəsarət alıb.