Tehrandan Livanın paytaxtı Beyruta gedən İran vətəndaşlarından təyyarənin göyərtəsində peycer və ya rasiya götürməmələri xahiş olunub.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, sərnişinlərə müraciət Livan hakimiyyətinin Beyrutdan hava yolu ilə yuxarıda göstərilən cihazların daşınmasına qadağa qoymasının ertəsi günü edilib.
Sentyabrın 17-də axşam saatlarında "Hizbullah" təşkilatının minlərlə üzvünün şəxsi peycerləri partladılıb. Nəticədə ən azı 4 min adam yaralanıb, 8 yaşlı uşaq və "Hizbullah" liderlərindən birinin oğlu da daxil olmaqla 12 nəfəri xilas etmək mümkün olmayıb.
Livanın İnformasiya Nazirliyi hadisəni “İsrail təcavüzü” adlandırıb. Hizbullah həmçinin hadisənin şərtləri ilə bağlı ətraflı araşdırmaya başladığını bildirib.
Sentyabrın 18-də Livanda digər cihazların, o cümlədən rasiya və məişət texnikasının kütləvi partlayışları başlayıb. Bu partlayışlar nəticəsində 600-dən çox insan yaralanıb, onlardan 25-ni həkimlər xilas edə bilməyib.