Rusiyada sənaye binasında yanğın olub

Rusiyada sənaye binasında yanğın olub backend

Rusiyanın sənaye şəhəri olan Podolskda baş verən yanğını söndürmək üçün Mi-26 helikopteri gətirilib

Sentyabrın 20-də Moskva yaxınlığındakı Podolskda güclü yanğın baş verib. Sənaye binası yanıb.

Qaziler.az bildirir ki, hadisə ilə bağlı əsas məlumatları “İzvestiya” toplayıb.

Verilən məlumata görə, yanğınsöndürənlər hadisə yerindədir.

Hadisə şahidlərinin sözlərinə görə, tüstü şəhərin o başından da görünür.

İlkin olaraq yanğının 3,6 min kvadratmetr ərazini əhatə etdiyi bildirilib. Sonralar onun sahəsi 4,8 min kvadratmetrə qədər artıb. Binanın dam örtüyü qismən uçub.

QAZİLER.AZ

Diaspora