Yunanıstana qaçmağa çalışan terrorçu yaxalanıb

Yunanıstana qaçmağa çalışan terrorçu yaxalanıb backend

Türkiyənin Ədirnə şəhərində Yunanıstana qaçmağa cəhd edən terror təşkilatı PKK şübhəlisi saxlanılıb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Türkiyə təhlükəsizlik qüvvələri hərbçilərin qadağan olunmuş bölgəsində keçirdikləri əməliyyat zamanı terror təşkilatı PKK şübhəlisi C.T.-ni Yunanıstana keçmək istəyərkən yaxalayıb.

“Silahlı terror təşkilatına üzv olmaq” cinayəti ilə axtarışda olduğu müəyyən edilən şübhəli saxlanılıb.

Polisin şübhəlilərə qarşı apardığı əməliyyatlar davam edir.

QAZİLER.AZ

Diaspora