Türkiyənin 23 vilayətində “GÜRZ-15” əməliyyatı: 88 nəfər saxlanıldı - VİDEO

Türkiyənin 23 vilayətində “GÜRZ-15” əməliyyatı: 88 nəfər saxlanıldı - VİDEO backend

Türkiyənin 23 vilayətində İŞİD terror təşkilatına qarşı son 5 gündür davam edən “GÜRZ-15” əməliyyatlarında 88 şübhəli ələ keçirilib.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya əməliyyatla bağlı sosial media hesabında açıqlama verib.

O, Təhlükəsizlik Kəşfiyyat Baş İdarəsi və Terrorla Mübarizə Şöbəsinin koordinasiyasında Adana, Ankara, Antalya, Bingöl, Bursa, Çorum, Diyarbakır, Elazığ, Əskişəhər, Hatay, İstanbul, Kayseri, Kırıkkale, Kırşehir, Kilis, Kocaeli, Konya, Manisa, Ordu, Siirt, Sivas və Tekirdağ, Sakaryada İŞİD terror təşkilatına qarşı "GÜRZ-15" əməliyyatlarının keçirildiyi barədə məlumat paylaşıb. 

QAZİLER.AZ

Diaspora