Türkiyədə iki avtomobil toqquşub: 7 yaralı

Türkiyədə iki avtomobil toqquşub: 7 yaralı backend

Türkiyənin Trabzon şəhərinin Əraklı rayonunda minik avtomobili ilə yüngül ticari avtomobil toqquşub. Yol qəzasında 7 nəfər xəsarət alıb.

QAZİLER.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, şəhərin Kalecik rayonunda Abdullah Yılmazın idarə etdiyi avtomobil ilə Cihat Bayraktarın idarə etdiyi yüngül ticari avtomobil toqquşub.

Qəzada sürücülərdən başqa, nəqliyyat vasitələrində olan 5 nəfər xəsarət alıb.

Ətrafdakı insanların xəbəri üzərinə 112 Təcili Sağlamlıq, polis və Trabzon Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi qrupları bölgəyə sövq edildi.

Yaralılara sağlamlıq qrupları tərəfindən xəstəxanalarda tibbi yardım göstərilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

QAZİLER.AZ

Diaspora