Artıq 40 minə yaxın rusiyalı hərbçini Ukrayna ərazisindən Kursk istiqamətinə yönəltmək mümkün olub. Ukrayna Silahlı Qüvvələrinin aktiv hərəkətləri davam edir və mübadilə fondunun doldurulması müşahidə olunur.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna prezidenti Vladimir Zelenskinin axşam müraciətinə istinadən məlumat yayıb.
“Kursk vilayətində ayrıca əməliyyat. Artıq 40 minə yaxın rusiyalı hərbçi bu istiqamətə yönləndirilib. Aktiv aksiyalarımız davam edir. Həmçinin bizim üçün, Ukrayna üçün mübadilə fondunun doldurulması var”, - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, bütün bunlar müharibənin ümumi vəziyyətinə təsir edən mühüm amillərdir.
QAZİLER.AZ