Almatı vilayətində qatar yük maşını ilə toqquşub - VİDEO

Almatı vilayətində qatar yük maşını ilə toqquşub - VİDEO backend

Qazaxıstanın Karasay rayonunun Jarmuxambet kəndində “İveco” markalı minik avtomobili dəmir yolu keçidində yük qatarı ilə toqquşub.

Qaziler.az bildirir ki, bu barədə Kazinform məlumat yayıb.

Almatı vilayətinin polis idarəsindən verilən məlumata görə, avtomobilə mexaniki ziyan dəyib. Ölən və xəsarət alan yoxdur.

“İveco”nun sürücüsü yol hərəkəti qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib”, - deyə regional yol polisinin mətbuat xidməti şərh edib.

Hadisə yerindən video sosial şəbəkələrdə yayılır.

QAZİLER.AZ

 

 

Diaspora