Çeçenistan Respublikasının keçmiş baş naziri və Qroznı şəhərinin keçmiş meri Müslüm Xuçiyev Rusiyanın təhsil naziri Sergey Kravtsovaya Darvin nəzəriyyəsinin məktəb dərsliklərindən çıxarılmasını təklif edib.
Qaziler.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
“Hamı bilir ki, bu yanlış bir nəzəriyyədir, dinə ziddir”, - çeçen nazir deyib.
Xuçiyevin fikrincə, “bu, uşaqların mənəvi tənəzzülündə ilk addımdır. Biz sadəcə bunu aradan qaldıra bilərik", - deyə qeyd edib.
Onun sözlərinə görə, Darvinin nəzəriyyəsi dini təhsilə ziddir və bütün dinlər bunu tanıyıb.
Qeyd edək ki, ingilis təbiətşünası Çarlz Darvinin 1859-cu ildə nəşr olunmuş təkamül biologiyasına dair əsərin müəllifidir. Kitabda Darvin yer üzündəki həyatın müxtəlifliyinin ortaq bir əcdaddan meydana gəldiyinə dair çoxlu sübutlar təqdim edib.
QAZİLER.AZ