Gürcüstan hakimiyyəti “böyük ölkələrin” Gürcüstandan Ukrayna kimi istifadə etməsinə imkan verməyəcək.
Qaziler.az TASS-a istinadla bildirir ki, bu fikirləri hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze jurnalistlərə bildirib. Onun sözlərinə görə, hər hansı sanksiyalara baxmayaraq, bu baş verməyəcək.
Bu gün biz həmişəkindən daha çox fəxr edirik. Çünki biz ölkəmizin suverenliyini, ölkədə sülhü, əmin-amanlığı müdafiə edən və heç kimə Ukrayna kimi böyük ölkələrin kiçik bir dövlətdən istifadə edib çətin vəziyyətə salmaq imkanı verməyən bir xalqıq”, - Kaladze bildirib.
Onun sözlərinə görə, hökumət sülhü qorumaq üçün hər şey edəcək: “Bizi necə təhdid etsələr də, bizə qarşı hansı sanksiyalar tətbiq etsələr də hakimiyyət həmişə respublikanın və gürcü xalqının maraqlarına uyğun hərəkət edəcək”, - Tbilisi meri vurğulayıb.
QAZİLER.AZ