Sentyabrın 18-də Rusiyanın paytaxtı Moskvada atışma olub. Bir nəfər ölüb və onlarla həbs olunanların olduğu məlumdur.
Qaziler.az bildirir ki, bu barədə TASS xəbər verir.
İlkin məlumatlara görə, atışma Kremlin yaxınlığında yerləşən Romanov Dvor biznes mərkəzində Wildberries bazarının ofisinin yaxınlığında baş verib. Bir nəfərin öldüyü, daha iki nəfərin yaralandığı məlum olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları 30-a yaxın şəxsi də saxlayıb.
Atışma "Wildberries"in ortaq sahibləri arasında biznes mübahisəsi səbəbindən baş verib.
QAZİLER.AZ