“RİA Novosti”nin müxbiri 32 yaşında vəfat edib

“RİA Novosti”nin müxbiri 32 yaşında vəfat edib backend

“Rossiya seqodnya” media qrupunun baş informasiya idarəsi olan “RİA Novosti”nin müxbiri İvan Surayev 32 yaşında vəfat edib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, o, ağır xəstəlikdən dünyasını dəyişib.

Jurnalistlə vidalaşma tarixi və yeri məlum deyil.

Müxbir 2014-cü ildə MDBMİ-ni bitirdikdən sonra agentliyə işləməyə gəlib. O, Rusiya hərbi-sənaye kompleksinin işini işıqlandırıb, həmçinin şəhər iğtişaşlarının və təhlükəsizlik qüvvələrinin əməliyyatlarının baş verdiyi ərazilərə gedib.

Agentliyin kollektivi Surayevin ailəsinə və yaxınlarına başsağlığı verib.

QAZİLER.AZ

Diaspora