Ərdoğan: Yaxın Şərqdəki müharibənin genişlənməsi ilə bağlı səylər çox təhlükəlidir

Ərdoğan: Yaxın Şərqdəki müharibənin genişlənməsi ilə bağlı səylər çox təhlükəlidir backend

Yaxın Şərqdəki müharibənin genişlənməsi ilə bağlı səylər çox təhlükəlidir.

"Report" “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyanın Baş naziri Necip Mikati ilə telefon danışığı zamanı deyib.

O bildirib ki, Türkiyə savaşın genişlənməsinin qarşısını almaq üçün cəhdlərini davam etdirir.

R.T.Ərdoğan həmçinin sentyabrın 17-də Beyrutda baş verən partlayışa görə Liviya Baş nazirinə başsağlığı verib.

Qeyd edək ki, Livanda rabitə cihazı olan peycerin detonasiyası nəticəsində 11 nəfər ölüb, 4 mindən çox insan yaralanıb.

Diaspora