Lvov vilayət prokurorluğu Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə Kiyev və Lvovda terror aktları planlaşdırmaqda ittiham olunan dörd Ukrayna vətəndaşına qarşı ittiham aktını məhkəməyə göndərib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir.
Prokurorluq onları partlayıcı maddələrlə qanunsuz dövriyyədə (Ukrayna Cinayət Məcəlləsinin 263-cü maddəsinin 1-ci hissəsi), qrupun iki üzvünü isə Rusiya ilə qeyri-qanuni sərhəd keçidlərini təşkil etməkdə ittiham edir. Bundan əlavə, təqsirləndirilən şəxslərdən biri dövlətə xəyanətdə və təxribata cəhddə ittiham olunub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Kiyevdə 15, Lvovda isə daha 4 partlayıcı qurğunu zərərsizləşdirərək terror aktlarının qarşısını vaxtında alıblar.
Partlayıcı maddələr qida kimi maskalanıb.
QAZİLER.AZ