Sankt-Peterburqda kişi bıçaqla liftdə məktəbli qıza hücum edib

Sankt-Peterburqda kişi bıçaqla liftdə məktəbli qıza hücum edib backend

Sankt-Peterburqda bıçaqlı şəxs liftdə yeddinci sinif şagirdinə hücum edib.

Qaziler.az bildirir ki, bu barədə sentyabrın 18-də Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk Telegram kanalında məlumat verib.

İlkin məlumatlara görə, o, qızın ardınca liftə daxil olub, onunla birlikdə sonuncu mərtəbəyə çıxıb və bıçaqla hədələyərək onu pilləkənlərə itələməyə cəhd edib. Məktəbli qışqıranda onu buraxıb qaçıb.

Hücum edən şəxs saxlanılıb. Onun əvvəllər bir neçə dəfə məhkum olunmuş 39 yaşlı kommersiya yükləyicisi olduğu üzə çıxıb.

“İstintaq orqanları həmin şəxs barəsində prosessual qərar qəbul edib. Rusiya Federasiyasının Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsi bəndinə uyğun olaraq şübhəli şəxs saxlanılıb”, - məlumatda deyilir.

QAZİLER.AZ

Diaspora