Rusiya qoşunları sentyabrın 18-də Kirovoqrad vilayətinə hücum edib. Hərbçilər dron təhlükəsi barədə xəbərdarlıq edib.
Qaziler.az xəbər verir ki, bu barədə Kirovoqrad vilayət administrasiyasının rəhbəri Andrey Raykoviçin Telegram kanalında bildirib.
“Düşmən Kirovoqrad vilayətinə hücum etməkdə davam edir. Xahiş edirəm, həyəcan siqnalına laqeyd yanaşmayın. Heç bir foto və ya video yerləşdirməyin”, - o yazıb.
Vilayət administrasiyasının rəhbəri əlavə edib ki, həyəcan siqnalı bitdikdən sonra rəsmi məlumat veriləcək.
QAZİLER.AZ