Lvovda sentyabrın 18-də səhər saatlarında "Dzvin" kinoteatrı yanıb. Bina tamamilə kül olub. Onun yandırıldığı ehtimal edilir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Lvov Şəhər Şurasına istinadən məlumat yayıb.
“Bu gün saat 06:00 radələrində Lvovda stepan Banderin abidəsinin yaxınlığındakı “Dzvin” kinoteatrında yanğın baş verib”, - məlumatda deyilir.
İlkin məlumata görə, bina tamamilə yanıb. İlkin məlumata görə bina kənar şəxslər tərəfindən yandırılıb.
"Yanğın zamanı tələfat olmayıb, lakin qonşu binalara - müəssisələrə və şəxsi binalara ziyan dəyib", - Şəhər Şurası əlavə edib.
QAZİLER.AZ