Belarus prezidenti Aleksandr Lukaşenko Litvanın Haaqa Beynəlxalq Cinayət Məhkəməsində ona qarşı iş başlamaq planlarını açıqlayıb.
Qaziler.az bildirir ki, bu barədə NEWS.ru məlumat yayıb.
Dövlət başçısının sözlərinə görə, onu siyasi gündəmdən kənarlaşdırmaq istəyirlər ki, “Ukraynada sülh danışıqları başlasa,” danışıqlarda iştirak edə bilməsin.
"Onlar (xaricdəki müxalifət - red.) Belarus prezidentini siyasi fəaliyyət meydanından uzaqlaşdırmaq üçün səbirsizlənirlər. Litvanın Belarus məsələsinə Haaqa Beynəlxalq Cinayət Məhkəməsində baxılmasına təşəbbüs göstərəcəyi razılaşdırılıb. Məqsəd Belarus prezidentini məsuliyyətə cəlb etmək və onu gündəmdən çıxarmaqdır”, - Lukaşenko bildirib.
QAZİLER.AZ