Kilsəyə hücumu planlaşdıranlardan biri, İŞİD üzvü həbs edilib

Kilsəyə hücumu planlaşdıranlardan biri, İŞİD üzvü həbs edilib backend

İstanbulun Sarıyer qəsəbəsindəki Santa Mariya kilsəsində 1 nəfərin həyatını itirdiyi hücumu planlaşdıranlardan biri olan və hücumda istifadə edilən silahı təmin edən terror təşkilatı İŞİD üzvü Vişxan Soltamatiov həbs edilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Çağlayandakı İstanbul Ədliyyəsinə aparılan şübhəli ifadəsinin ardından həbs tələbi ilə hakimliyə sövq edilib.

İstanbul Növbətçi Sülh Cəza Məhkəməsi Soltamatiovu “silahlı terror təşkilatına üzv olmaq”, “qəsdən adam öldürmə” və “konstitusiya quruluşunu devirməyə cəhd” ittihamları ilə həbs edib.

Santa Mariya İtalyan Kilsəsinə silahlı hücum 28 yanvar 2024-cü ildə baş verib və hücum nəticəsində bir nəfər ölüb.

QAZİLER.AZ

Diaspora