"Robinson" vertolyotunun qəzaya uğradığı yer aşkar edilib

"Robinson" vertolyotunun qəzaya uğradığı yer aşkar edilib backend

Rusiyada axtarış qrupu sentyabrın 16-da radarlardan itən Robinson helikopterinin qəza yerini aşkar edib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, məlumatı Amur Mülki Mühafizə və Yanğın Təhlükəsizliyi Mərkəzinin mətbuat xidməti verib.

Qeyd edilib ki, təyyarədə olan pilot və iki sərnişin ölüb.

“Bu gün günortadan sonra xilasedicilər Zeya rayonunda Robinson helikopterinin qəzaya uğradığı yeri aşkar ediblər. Helikopter meydançasını hazırlamaq və hadisə yerinə baxış keçirmək üçün iki xilasedici endirilib”, - Amur Mülki Müdafiə və Təhlükəsizlik Mərkəzinin mətbuat xidməti qeyd edib.

QAZİLER.AZ

Diaspora