“Sərhədsiz Həkimlər” təşkilatı daha Rusiyada işləməyəcək

“Sərhədsiz Həkimlər” təşkilatı daha Rusiyada  işləməyəcək backend

Niderlandın “Sərhədsiz Həkimlər” Təşkilatı Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin qərarından sonra, xarici qeyri-hökumət təşkilatlarının nümayəndəlikləri siyahısından çıxarılması fonunda artıq Rusiyada işləməyəcək.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, müvafiq bəyanat humanitar təşkilatın saytında yer alıb. Qeyd olunub ki, “Sərhədsiz Həkimlər” Rusiya Federasiyasında 32 il fəaliyyət göstərib.

Hesabatda deyilir ki, Rusiyada fəaliyyətə başlamasından 32 il sonra “Sərhədsiz Həkimlər” ölkədəki fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Təşkilat əlavə edib ki, işçilər ürək ağrısı ilə işləməyi dayandırırlar; həmişə neytrallıq və müstəqillik prinsiləri üzərində qurulub.

Təşkilat Rusiyanın bir sıra regionlarında, o cümlədən Moskvada və Sankt-Peterburqda, həmçinin Dağıstanda, Çeçenistanda və digərlərində fəaliyyət göstərib və fəaliyyətinin bərpası yalnız hakimiyyət orqanlarının razılığı ilə mümkündür.

QAZİLER.AZ

Diaspora