Hüquq-mühafizə orqanlarının əməkdaşları Xmelnitski vilayətində iki avtomobili atəşə tutan və asayiş keşikçisini yaralayan şəxsi tapıblar. Məhkəmə onu həbs edib.
Qaziler.z bildirir ki, bu barədə RBC-Ukrayna Xmelnitski vilayətinin polisinə istinadən məlumat yayıb.
“Xmelnitski vilayətində məhkəmə iki xidməti maşına avtomatla atəş açan, bir polisi və mülki vətəndaşı yaralayan şəxsi həbs edib”, - deyə polis bildirib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, sentyabrın 14-də səhər saat bir radələrində Xmelnitski ərazi icmasının Oleşin kəndində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edən şəxs iki polis maşınına “Kalaşnikov” avtomatından çox sayda atəş açıb.
Atışma nəticəsində 22 yaşlı polis əməkdaşı ağır yaralanıb. Cinayətkarın avtomobilindəki bir sərnişin də güllə yarası alıb.
QAZİLER.AZ