Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Krımda 23 hektar ərazini əhatə edən təbii yanğını tamamilə söndürüblər.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 16-da idarənin Telegram kanalı məlumat yayıb.
Kolçuqino kəndi ərazisində baş verən yanğın söndürülüb. Xilasedicilərin işlədiyi yerdə yanğınsöndürmə qərargahı fəaliyyət göstərib, üç bölmə yaradılıb.
Yanğının söndürülməsinə 280-dən çox yanğınsöndürən cəlb olunub, 60 texnika cəlb olunub.
QAZİLER.AZ