Rusiyada məktəbdə şagird çəkiclə şagirdlərə və müəllimlərə hücum edib

Rusiyada məktəbdə şagird çəkiclə şagirdlərə və müəllimlərə hücum edib backend

Rusiyanın Çelyabinsk şəhərində 68 saylı məktəbdə məktəbli digər şagirdlərə və müəllimlərə çəkiclə hücum edib, zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Qaziler.bildirir ki, bu barədə Çelyabinsk vilayətinin qubernatoru Aleksey Teksler sentyabrın 16-da özünün Telegram kanalında məlumat verib.

“Əsas sual, şagirdin çəkici məktəbə necə gətirməsidir. Təhlükəsizlik niyə cavab vermədi? Mən hüquq-mühafizə orqanlarına, Təhsil Nazirliyinə, şəhər rəhbərliyinə, uşaq hüquqları üzrə müvəkkilə tapşırıq verdim ki, vəziyyətə ətraflı baxsınlar”.

Vəziyyət qubernatorun şəxsi nəzarətindədir. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhər meri, uşaq hüquqları üzrə müvəkkil və müstəntiqlər işləyir. Tekslerin tapşırığı ilə bölgədəki bütün təhsil təşkilatlarında da yoxlamalar aparılacaq.

QAZİLER.AZ

Diaspora