Diyarbəkirdə itikin düşdükdən 19 gün sonra cansız cəsədi tapılan 8 yaşlı Narin Güranın qətli ilə bağlı istintaq genişlənir.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, araşdırmalar çərçivəsində Narinin yaşadığı Tavşantəpə kəndindən daha iki nəfər saxlanılıb.
Narinin qohumları İ.K. və Ş.K. istintaqın gedişatını dəyişdirdikləri üçün saxlanıldığı bildirilir.
Dünən Narin Güranın qətli ilə bağlı təəccüblü təfərrüatlar ortaya çıxıb.
Diyarbakırın Bağlar rayonunda 19 gündür davam edən gərgin axtarış tədbirləri zamanı Narinin qohumlarının sistemli şəkildə sübutları gizlətdiyi müəyyən edilib.
Ailə üzvləri tərəfindən 50-dən çox yalan məlumat verildiyi müəyyən edilib.