Naxçıvanda “KönüllüSən!" layihəsinin icrasına başlanılıb

Naxçıvanda “KönüllüSən!" layihəsinin icrasına başlanılıb backend

Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı reallaşdır – 2023” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinin qalibi Röya Məmmədovanın “KönüllüSən!” adlı layihəsinin Naxçıvan Müəllimlər İnstitutunda açılış mərasimi keçirilib.

QAZÌLER.AZ  AZƏRTAC-a istinaden bildirir ki, tədbirdə Röya Məmmədova layihəsi haqqında ətraflı məlumat verib və təəssüratlarını iştirakçılarla bölüşüb.

Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov, İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək qrant müsabiqələrinin gənclərin inkişafında, onların fəallıqlarının artırılmasındakı rolundan, gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən, könüllü gənclərin ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi işinə verdikləri töhfələrdən bəhs edib, layihənin könüllülərlə iş sahəsində faydalı olacağına inamlarını ifadə ediblər.

Sonda tələbələrin əl işlərindən ibarət "Yaşıl dünya naminə həmrəy olaq!" adlı rəsm sərgisinə baxış keçirilib.

Layihə çərçivəsində növbəti günlərdə ekoloji düşərgə, müsabiqə, tullantıların təkrar emalına həsr olunmuş yazı, dekorativ əl işi və rəsm müsabiqəsi, təmizlik aksiyası və gənclər arasında sorğuların keçirilməsi nəzərdə tutulub.

Layihənin bağlanış mərasimində müsabiqə qalibləri elan olunacaq.

Diaspora