Rusiya ordusu Ukrayna hərbçilərinin Kursk vilayətində üç hücum cəhdinin qarşısını alıb

Rusiya ordusu Ukrayna hərbçilərinin Kursk vilayətində üç hücum cəhdinin qarşısını alıb backend

Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kursk vilayətinin sərhəd bölgəsində məskunlaşan ərazilərə iki hücum cəhdinin və bir əks-hücumun qarşısını alıb.

Qaziler.az bildirir ki, bu barədə sentyabrın 13-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Son 24 saat ərzində Obuxovka qəsəbəsi istiqamətində düşmənin əks hücumu dəf edilib, Kamışevka və Borki yaşayış məntəqələri istiqamətində iki hücum cəhdinin qarşısı alınıb. Nəticədə Ukrayna Silahlı Qüvvələri 20-yə qədər canlı qüvvəsi həlak olub və yaralanıb, bir hərbçi əsir götürülüb. Döyüş zamanı İki zirehli döyüş maşını və bir minik avtomobili də sıradan çıxarılıb”, - nazirliyin məlumatında deyilir.

QAZİLER.AZ

Diaspora