Türkiyədə silahlı dava: 1 ölü, 4 yaralı

Türkiyədə silahlı dava: 1 ölü, 4 yaralı backend

Türkiyənin Kocaeli şəhərinin Çayırova rayonunda əyləncə məkanında baş verən silahlı və bıçaqlı davada 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, şəhərdə yerləşən əyləncə məkanının iş meneceri olan Kamuran Ç.  aralarında Uğur S., Okan M., Bülent Y.-nin də olduğu 7-8 nəfərlik naməlum şəxs arasında mübahisə düşüb.

Mübahisənin davaya çevrilməsi nəticəsində Kamuran Ç., Uğur S., Sinan Ç., Cem Ü. və Bülent Y. tapança və bıçaqla yaralanıb. Ətrafdakıların xəbərindən sonra hadisə yerinə polis və sağlamlıq qrupları gəlib.

Yaralılar sağlamlıq qrupları tərəfindən Kocaeli və İstanbuldakı müxtəlif xəstəxanalara aparılarkən, ağır yaralı Kamuran Ç.-nin bütün müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. 

QAZİLER.AZ

Diaspora