Miqrant dayanacağa görə rusiyalı ilə mübahisə edib və avtomobillə onun üstündən keçib

Miqrant dayanacağa görə rusiyalı ilə mübahisə edib və avtomobillə onun üstündən keçib backend

Yujno-Saxalinskdə rusiyalıya xəsarət yetirməkdə şübhəli bilinən Tacikistandan olan 28 yaşlı miqrant saxlanılıb.

Qaziler.az bildirir ki, bu barədə sentyabrın 12-də Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, sentyabrın 11-də ticarət mərkəzinin dayanacağında yeryer üstündə əcnəbi ilə rusiyalı arasında mübahisə düşüb.  Mübahisə təhqirə çevrilib və münaqişə ilə yekunlaşıb. Şübhəli şəxs avtomobilin sükanı arxasına keçərək və avtomobillə qəsdən rusiyalının üzərindən keçib. Zərərçəkmiş çoxsaylı xəsarətlər alıb və xəstəxanaya aparılıb.

Şübhəli hadisə yerindən qaçıb, lakin tezliklə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb. İstintaq zamanı şübhəlinin istintaq təcridxanasına salınması məsələsi həll edilir.

QAZİLER.AZ

Diaspora