14 illik gərginlikdən sonra Özbəkistan-Qırğızıstan sərhədində keçid məntəqəsi açıldı

14 illik gərginlikdən sonra Özbəkistan-Qırğızıstan sərhədində keçid məntəqəsi açıldı backend

14 ildən sonra Qırğızıstan və Özbəkistan sərhədində “Kara-Suu” keçid məntəqəsi açılıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Turmush” məlumat verib.

Ölkələr arasında magistralın bu hissəsində nəqliyyatın hərəkəti 2010-cu ildə millətlərarası münaqişə fonunda bağlanıb.

Qeyd olunur ki, buraxılış məntəqəsinin 2024-cü il sentyabrın 12-də açılışı olub və müasir avadanlıq quraşdırılmaqla fəaliyyəti bərpa edilib. Qırğızıstan hökumətinin nümayəndəsi Bakit Torobaev bildirib ki, keçid məntəqəsinin açılması əvvəllər gərginlik halında olan xalqlar arasında münasibətləri gücləndirəcək. O qeyd edib ki, keçid məntəqəsi “Dostuk-Avtodorojnı” keçid məntəqəsində sıxlığı aradan qaldıracaq.

QAZİLER.AZ

Diaspora