Belarus Ukrayna ilə sərhədə daxili qoşunlar və çevik qüvvələr göndərib.
Qaziler.az BELTA-ya istinadən xəbər verir ki, bunu Belarusun daxili işlər naziri İvan Kubrakov deyib.
Kubrakov xüsusi təyinatlıların köçürülməsini "Stolin-2024" təlimlərində praktiki hərəkətlərə başlamazdan əvvəl elan edib.
Nazir qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kursk vilayətinə hücum təcrübəsi nəzərə alınmaqla, çevik qüvvələr və daxili qoşunlar Ukrayna ilə sərhəddə cəmləşib.
"Onların əsas məqsədi düşmənin yaşayış məntəqələrinə daxil olmasının qarşısını almaq və vətəndaşlarımızın təhlükəsizliyini təmin etməkdir", - Belarus Daxili İşlər Nazirliyi vurğulayıb.
"Çevik polis bölmələri kəşfiyyat qruplarının respublika ərazisinə soxulmaq cəhdlərinin qarşısını alacaq", - məlumatda deyilir.
QAZİLER.AZ