Ukrayna raketi Tula yaxınlığındakı qaz kəmərinə hücum etməyə cəhd edib - Rusiya KİV

Ukrayna raketi Tula yaxınlığındakı qaz kəmərinə hücum etməyə cəhd edib - Rusiya KİV backend

Ukraynaya məxsus S-200u raketi Tula vilayəti üzərində səmada vurulub

Qaziler.az-ın məlumatına görə, "Mash" Telegram kanalı xəbər verir ki, Ukraynaya məxsus S-200 raketi Tula vilayəti üzərində səmada vurulub.

İlkin məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri Tula-Şostka-Kiyev qaz kəmərinin infrastrukturuna hücum etməyə cəhd edib.

Rusiya Müdafiə Nazirliyi hələlik bu məlumatı şərh etməyib.

Telekanalın məlumatına görə, ukraynalılar tərəfindən buraxılan sovet "Anqara" raketi qaz kəmərindən çox da uzaq olmayan yerə düşüb.

İnsident nəticəsində infrastruktura ziyan dəyməyib, xəsarət alan olmayıb.

QAZİLER.AZ

 

Diaspora