Sentyabrın 11-də işğalçılar Dnepropetrovsk vilayətinin Kamenski rayonuna hücum ediblər. Ölən və xəsarət alanlar var.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Dnepropetrovsk vilayət administrasiyasının rəhbəri Sergey Lısakın Teleqramına istinadən məlumat yayıb.
“Kamenski rayonu... Rusiya hücumu nəticəsində ölən də var”, - deyə administrasiya rəhbəri yazıb.
Lısak daha sonra bildirib ki, saat 12:40-a kimi yanıq xəsarətləri alan bir qurban məlum olub.
“O, xəstəxanaya yerləşdirilib və bütün lazımi tibbi yardımlar göstərilir. Həkimlər zərərçəkənin vəziyyətini orta kimi qiymətləndirirlər. Ölənə gəlincə, onun 38 yaşlı kişi olduğu məlum olub”, - deyə administrasiya rəhbəri əlavə edib.
QAZİLER.AZ