Elnur Rzayev tələbə adını qazanan şəhid övladı ilə görüşüb - FOTO

Elnur Rzayev tələbə adını qazanan şəhid övladı ilə görüşüb - FOTO backend

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Şəhid Səmədov Mayis Şadıbəy oğlunun qızı Səmədova Məleykə Mais qızı Dövlət İmtahan Mərkəzi tərəfindən 2024/2025-ci tədris ili üçün abituriyentlərin ali təhsil müəssisələrinə qəbul imtahanının nəticəsinə görə, 550 balla Bakı Dövlət Universitetinin Dövlət və İctimai Münasibətlər fakültəsinə qəbul olub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bu münasibətlə şəhidin ailə üzvləri ilə görüşüb.

Elnur Rzayev Məleykə Səmədovanı ali məktəbə qəbul olması münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Qeyd edib ki, şəhid ailələri, onların övladları dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunur, çünki şəhid övladları Vətənə əmanətdir.

Şəhidin həyat yoldaşı Ruhiyyə Səmədova səmimi dəvətə görə təşəkkürünü bildirib. Göstərilən yükəsk diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqını bildirib.

 

Sonda şəhid övladına fəxri fərman və xatirə hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, şəhid Mayis Səmədov Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

Diaspora