Moskva vilayətinin Ruza rayonunda yüngül mühərrikli təyyarənin qəzaya uğradığı yer mühasirəyə alınıb.
Qaziler.az bildirir ki, sentyabrın 9-da baş verən hadisə yerindən videonu “İzvestiya” nəşri yayıb.
Kadrlarda fövqəladə hallar xidmətinin əməkdaşları lent şəklində şlaqbaum quraşdırırlar. Yanğınsöndürənlər və təcili yardım maşınları qəza yerindədir.
Həmin gün Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. “İzvestiya”nın mənbəsinə görə, təyyarənin modeli "Aleks-251"dir.
Hər iki ekipaj üzvü ölüb. Qəzaya mühərrikin nasazlığının səbəb ola biləcəyi bildirilir.
QAZİLER.AZ