Şəhid olduğu gün övladı dünyaya gəldi

Şəhid olduğu gün övladı dünyaya gəldi backend

Türkiyənin Tunceli vilayətininnin Ovacık rayonunda xidməti vəzifəsini yerinə yetirərkən zirehli maşının aşması nəticəsində şəhid olan jandarma mütəxəssisi çavuş Orhan Burak Büyükçaylının həyat yoldaşı Balıkəsirdə övladını dünyaya gətirib.

Qaziler.az sonhaber.com-a istinadən bildirir ki, şəhidin oğlu dünyaya gəlib. 

8 aylıq hamilə olan Cizem Böyükçaylı həyat yoldaşının ölüm xəbərini eşidərkən halı pisləşib. Təcili xəstəxanaya çatdırılan şəhidin həyat yoldaşı övladını dünyaya gətirib. 

Xatırladaq ki, sentyabrın 8-də Türkiyədə dörd hərbçi yol-nəqliyyat hadisəsində həlak olub.

Qeyd olunur ki, zirehli hərbi avtomobilin aşması nəticəsində Ömer Eroğlu, Mehmet Aykanat, Orhan Burak Büyükçaylı və Doğan Kızılateş şəhid olublar.

QAZİLER,AZ

 

Diaspora