Türkiyənin 12 vilayətində “Gürz-13” əməliyyatı: 33 nəfər saxlanılıb

Türkiyənin 12 vilayətində  “Gürz-13” əməliyyatı:  33 nəfər saxlanılıb backend

Daxili işlər naziri Ali Yerlikaya 12 vilayətdə separatçı terror təşkilatına qarşı keçirilən “Gürz-13” əməliyyatında 33 nəfərin ələ keçirildiyini açıqlayıb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verir.

Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabından verdiyi açıqlamada, "Sevgili millətimizin bilməsini istəyirəm ki, millətimizin sülhü, birliyi və həmrəyliyi üçün son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmizi davam etdirəcəyik”. dedi.

Baş Təhlükəsizlik İdarəsi TEM Şöbəsi və Kəşfiyyat Müdirliyinin koordinasiyasında separatçı terror təşkilatına qarşı "Gürz-13" əməliyyatı Antalya, Batman, Qaziantep vilayət polis şöbələri tərəfindən həyata keçirilib.

O, əməliyyatların Ədirnə, Elazığ, Ərzincan, Hakkari, İstanbul, Mersin, Muğla, Şanlıurfa və Vanda təşkil edildiyini bildirib.

QAZİLER.AZ

 

Diaspora