Rusiyada məsciddə güclü yanğın baş verib

Rusiyada məsciddə güclü yanğın baş verib backend

Başqırdıstanda məscid yanıb, yanğın lentə alınıb.

Başqırdıstanın Abzelilovski rayonunda cümə günü, sentyabrın 6-da məsciddə baş verən güclü yanğın lentə alınıb.

Qaziler.az bildirir ki, videonu "Mash Batash" Telegram kanalı yayıb.

Hadisə zamanı məscidin yeganə minarəsi də yanır. Videoda bir neçə yerli sakinin hadisəni izlədiyi görünür.

Telekanalın məlumatına görə, fövqəladə hadisə Xəlilovo kəndində baş verib. Hadisə yerinə gələn Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları artıq yanğını söndürməyə başlayıblar.

İtkilər barədə məlumat verilmir.

QAZİLER.AZ

Diaspora