Ukraynada NK Zakarpat Regional Administrasiyasının rəhbərinin vəzifəsindən azad edilməsinə razılıq verib

Ukraynada NK Zakarpat Regional Administrasiyasının rəhbərinin vəzifəsindən azad edilməsinə razılıq verib backend

Ukraynanın Nazirlər Kabineti Zakarpat Regional Hərbi Administrasiyasının rəhbəri Viktor Mikitanın vəzifəsindən azad edilməsinə razılıq verib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçukun Telegram kanalına istinadən məlumat yayıb.

"Mikita Viktor Fedoroviçin Zakarpat vilayətinin dövlət administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi razılaşdırılıb", - Melniçuk yazıb.

İndi Mikitanın vəzifədən azad edilməsini prezident Vladimir Zelenski fərmanla təsdiqləməlidir.

QAZİLER.AZ

 

Diaspora