Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyat zamanı Rusiya 6 min əsgərini itirib - Zelenski

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyat zamanı Rusiya 6 min əsgərini itirib -  Zelenski backend

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayəti ərazisində keçirdiyi əməliyyatın ilk ayı ərzində Rusiya Federasiyası (RF) 6 minə yaxın canlı itkisi və yaralısı var.

Qaziler.az bildirir ki, RBC-Ukrayna bu barədə Ukraynanın müdafiəsi üzrə təmas qrupunun "Ramşteyn" formatında görüşü zamanı prezident Volodimir Zelenskiyə istinadən yazır.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müdafiəsi üzrə Təmas Qrupunun (Ramşteyn formatı) iclasında iştirak etmək üçün ABŞ-yə məxsus Ramşteyn aviabazasına gedib.

Prezidentin qeyd etdiyi kimi, bu gün Ukrayna Müdafiə Qüvvələrinin Rusiya diktatoru Vladimir Putinin Sumiyə qarşı yeni hücuma hazırlaşdığı Kursk vilayəti ərazisində əməliyyata başlamasından düz bir ay keçir.

“Oyunu tərsinə çevirdik. Biz isə əks-hücumumuz sayəsində müharibəni Rusiya Federasiyasının ərazisinə sürükləyirik. Bu gün biz Kursk vilayətində 1300 kvadrat kilometrdən çox əraziyə nəzarət edirik. Bura yüzdən çox yaşayış məntəqəsi daxildiri”, - o, əlavə edib.

Zelenskinin sözlərinə görə, Rusiya hərbçiləri ukraynalı döyüşçülərin yaxınlaşdığını görən ərazinin əhəmiyyətli bir hissəsini tərk edib, "digər hissəsi isə döyüşlərdə qüvvələrimiz tərəfindən nəzarətə götürülüb".

“Hazırda bizim əməliyyatımızın ilk ayı ərzində Rusiya qoşunları təkcə Kursk vilayətində 6 minə yaxın həlak olmuş və yaralanmış əsgərini, eləcə də digər döyüş bölgələrində on minlərlə rus hərbçisini itirib”, – prezident qeyd edib.

QAZİLER.AZ

Diaspora