Odessada naməlum şəxs küçədə atəş açıb, yaralı var

Odessada naməlum şəxs küçədə atəş açıb, yaralı var backend

Sentyabrın 6-da Odessanın Kiyev rayonunda naməlum şəxs yoldan keçənlərə atəş açıb. Bir nəfər xəsarət alıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Odessa vilayəti polisinin Facebook səhifəsinə istinadən məlumat yayıb.

“Bu gün saat doqquz radələrində vətəndaş 102 xüsusi xidmət xəttinə zəng edərək naməlum şəxsin yoldan keçən şəxsə bir neçə dəfə atəş açaraq qaçdığını bildirib”, - deyə polis yazıb.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Hadisə yerində istintaq-əməliyyat qrupu və kriminalistlər işləyir.

Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.

QAZİLER.AZ

 

 

Diaspora