İzmirdə anbarda baş verən yanğın söndürülüb

İzmirdə anbarda baş verən yanğın söndürülüb backend

Türkiyənin İzmir şəhərinin Karabağlar rayonunda bərk məişət tullantıları anbarında baş verən yanğın qrupların müdaxiləsi ilə söndürülüb.

Uzundərə rayonunda Qarabağlar Bələdiyyəsinin müvəqqəti bərk məişət tullantıları anbarında baş verən yanğınla yanğınsöndürənlər gecə boyu mübarizə aparıb.

Onların səyi nəticəsində yanğın səhər saatlarında nəzarətə götürülərək söndürülüb.

Dünən axşam saatlarında başlayan yanğına İzmir Meşə Region Müdirliyinə aid 2 təyyarə, 3 helikopter və İzmir Böyükşəhər Bələdiyyəsinə aid yanğınsöndürənlər və tikinti texnikası cəlb edilib.

QAZİLER.AZ

Diaspora