İstanbulda "Kuyu-22" əməliyyatı: 23 nəfər saxlanılıb - VİDEO

İstanbulda "Kuyu-22" əməliyyatı: 23 nəfər saxlanılıb - VİDEO backend

İstanbulda yerli mütəşəkkil cinayət qruplarına qarşı keçirilən “Kuyu-22” əməliyyatlarında 23 şübhəli yaxalanıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Türkiyə daxili işlər naziri Ali Yerlikaya əməliyyatın təfərrüatlarını sosial media hesabında paylaşıb.

Müvafiq olaraq, İstanbul İl Təhlükəsizlik Müdirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyi tərəfindən Təhlükəsizlik Baş İdarəsi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (KOM) Şöbəsinin koordinasiyasında İstanbulun Sancaktepe, Bağcılar, Fatih, Güngören, Büyükçekmece, Başakşehir, Sarıyer və Şişli rayonlarında 13 ayrı cinayət əməli törətdiyi müəyyən edilən 23 şübhəlinin tutulması üçün “Kuyu-22” əməliyyatları təşkil edilib.

Əməliyyat zamanı şübhəlilərin hamısı ələ keçirilib.

Şübhəlilərin sözügedən rayonlarda müxtəlif tarixlərdə iş yerlərini, yaşayış yerlərini və nəqliyyat vasitələrini atəşə tutmaq, iş yerlərinə əl qumbarası və səs bombası atmaq kimi əməllər törətdikləri müəyyən edilib.

Yerlikaya əməliyyatlarla əlaqədar olaraq: "Əziz millətimizin bilməsini istəyirəm ki, mütəşəkkil cinayət təşkilatları küçələrimizə sığına bilməyəcək. Hamısını bir-bir tutub ədalətə təslim edəcəyik. Qəhrəman polislərimizi təbrik edirəm. əməliyyatları həyata keçirən millətimizin duaları sizinlə olsun”.

Nazir Yerlikaya əməliyyatların görüntülərini də paylaşdı.

QAZİLER.AZ

Diaspora