İrəvanda sentyabrın 4-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının geyimində olan şəxslərin iştirakı ilə adam oğurluğu baş verib.
Qaziler.az bildirir ki, “Shamshyan.com” saytının məlumatına görə, saat 12:10 radələrində Aştərək şosesi yaxınlığında yerləşən “SAN MARCO” üzgüçülük hovuzunda MTX-nin uniformalı iki əməkdaşı İrəvan sakini 55 yaşlı Lusina M.-ə yaxınlaşaraq özlərini MTN əməkdaşları kimi təqdim ediblər və BMW markalı avtomobillə onu naməlum istiqamətə aparıblar.
Daha sonra qadının qohumları bu naməlum şəxslərin Lusina M.-i qaçırdığını müəyyən edib və polisin operativ idarəetmə mərkəzinə zəng ediblər. Hadisə əsasında Ajapnyak və Davitaşen rayonlarının istintaq şöbəsi adam oğurluğu maddəsi ilə cinayət işi açıb.
Saytın məlumatına görə, qaçırılan qadın ABŞ vətəndaşıdır. Onun əri də ABŞ vətəndaşıdır və öz ölkəsində tanınmış iş adamıdır. İstintaqın bir versiyasına görə, adam oğurluğu edənlər ailələri haqqında yaxşı məlumatlı olublar.
QAZİLER.AZ