Yuri Uşakov: Türkiyənin BRİCS-ə üzvlüklə bağlı müraciətinə baxılacaq

Yuri Uşakov: Türkiyənin BRİCS-ə üzvlüklə bağlı müraciətinə baxılacaq backend

BRİCS ölkələri Türkiyənin təşkilatda tamformatlı iştirakla bağlı müraciətinə baxacaqlar.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

“Türkiyə tamformatlı üzvlük üçün müraciət edib. Biz bunu nəzərdən keçirəcəyik”, - o bildirib.

Qeyd edək ki, təşkilatın genişləndirilməsi məsələsinə BRİCS-in oktyabrın 22-24-də Kazanda keçiriləcək sammitində baxıla bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın sammitdə iştirak dəvətini qəbul edib.

Diaspora