Kuleba hələlik postunda qaldı

Kuleba hələlik postunda qaldı backend

Dmitri Kuleba sentyabrın 4-də xarici işlər naziri vəzifəsindən azad edilməyəcək. Ukrayna Ali Radası səsverməni təxirə salıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna "Sluqa naroda" partiyasındakı mənbələrinə istinadən məlumat yayıb.

Ali Radanın artıq hökumətdə bir sıra kadr dəyişikliyinə səs verməsinə baxmayaraq, Kulebanın vəzifəsindən azad edilməsi bu gün baş tutmayacaq.

"Sluqa naroda"dakı həmsöhbət onu da açıqladı ki, Kuleba ilə bağlı səsverməni sabaha qədər təxirə salmaq qərarına gəliblər, çünki “potensial yoxdur” və zalda kifayət qədər deputat yoxdur.

QAZİLER.AZ

Diaspora