Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putini Tuvaya səfəri zamanı müşayiət etməyib, çünki hazırda onun işinin əhatə dairəsi fərqlidir.
Qaziler.az bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov RİA Novosti-yə deyib. O, qeyd edib ki, dövlət başçısı regiona “qısa fasilələrlə” səfər edib, Şoyqu həmişə onu müşayiət etmir;
"Bu iş səfəridir və Şoyqunun fəaliyyət sahəsi indi başqadır, o, başqa mövqedədir. Ona görə də o, prezident nümayəndə heyətinin tərkibində olmayıb”, – Peskov izah edib.
Sentyabrın 2-də Putin Tuva Respublikasının paytaxtı Qızıla səfər edib. Bu, son 10 ildə Rusiya dövlət başçısının bölgəyə ilk səfəri olub.
QAZİLER.AZ